200 məxfi agent Trampı qoruyacaq

  200 məxfi agent Trampı qoruyacaq
  23 Fevral 2019    Oxunub:2107
Gələn həftə keçiriləcək II ABŞ-Şimali Koreya sammitində prezident Donald Trampın təhlükəsizliyini qorumaq məqsədilə ABŞ Məxfi Xidmətinin 200-dən çox agenti bu gün Vyetnamın paytaxtı Hanoya gedəcək.
Azvision.az xəbər verir ki, bu barədə “VnExpress” onlayn qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ Məxfi Xidmətinin agentlərini Hanoy hava limanına Yaponiyadakı Amerika hərbi bazasından 4 təyyarə gətirəcək. Onlar Hanoy şəhərindəki otellərdən birində yerləşdiriləcək.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen Inla Trampın sayca ikinci görüşü 27-28 fevral tarixlərində Hanoyda keçiriləcək. Onların ilk sammiti isə 2018-ci ilin 12 iyununda Sinqapurda baş tutmuşdu.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Vyetnam   ŞimaliKoreya   ABŞ  





Xəbər lenti