Nigeriyada seçki öncəsi terror

Nigeriyada seçki öncəsi terror
  23 Fevral 2019    Oxunub:1397
Bu gün Nigeriyada keçirilən prezident seçkilərində seçki məntəqələri səsvermə üçün açılmazdan əvvəl ölkənin şimal-şərqindəki Mayduquri şəhərində silsilə partlayışlar törədilib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Borno ştatında baş verən partlayışlar nəticəsində sakinlər qaçaraq qonşu Yobe ştatına sığınıblar.

Qeyd olunur ki, terrorçuların hücumunda məqsəd qorxu saçaraq əhalinin səsvermədə iştirakının qarşısını almağa hesablanıb. Partlayışlar nəticəsində ölən və yaralılar barədə məlumat yoxdur.

Hücumun Boko Haram terror təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal olunur.

Xatırladaq ki, Nigeriyada prezident seçkiləri ilk olaraq 16 fevrala təyin edilsə də, Seçki Komissiyası tarixi dəyişərək seçkilərin 23 fevralda keçiriləcəyini bəyan etmişdi.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Nigeriya   BokoHaram   Seçki  





Xəbər lenti