“Qəbələ” öz meydanında xal itirdi

  23 Fevral 2019    Oxunub : 986
“Qəbələ” öz meydanında xal itirdi
Futbol üzrə Azərbaycan çempionatının 18-ci turuna start verilib.
Azvision.az xəbər verir ki, turun açılış matçında “Qəbələ” klubu öz meydanında autsayder “Keşlə”ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, bu görüşdən sonra xallarının sayını 24-ə çatdıran “Qəbələ” turnir cədvəlində 4-cü yerdəki mövqeyini qoruyub. “Keşlə” isə 16 xalla 6-cıdır.

Azvision.az

Teqlər: Qəbələ