Hindistanda fabrikdə partlayış olub, 10 nəfər ölüb

  23 Fevral 2019    Oxunub : 1159
Hindistanda fabrikdə partlayış olub, 10 nəfər ölüb
Hindistanın Uttar-Pradeş ştatında tikiş fabrikində partlayış baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər ölüb.

Məlumata görə, partlayış o qədər güclü olub ki, yaxınlıqda yerləşən bir neçə tikili tamamilə dağılıb. Qəzanın dəqiq səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Hindistan   Partlayış