Messidən het-trik, “Barselona” qələbə qazandı

  23 Fevral 2019    Oxunub : 1762
Messidən het-trik, “Barselona” qələbə qazandı
İspaniya La Liqasında 25-ci turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, "Barselona" səfərdə "Sevilya"nın qonağı olub. Görüş Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Barselona"nın heyətində Lionel Messi het-trikə imza atıb.

Qeyd edək ki, bu oyundan sonra xallarını 57-yə çatdıran "Barselona" turnir cədvəlində liderliyini möhkəmləndirib. "Atletiko" 47 xalla 2-ci, "Real" isə 45 xalla 3-cüdür.

Azvision.az

Teqlər: Messi   Barselona