Bakıda cüdo üzrə beynəlxalq turnirə start verilib
Açılış mərasimində çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğını xüsusi vurğulayıblar. Natiqlər 39-cu dəfədir Bakıda keçirilən beynəlxalq yarışda bu il 7 ölkənin yeniyetmə cüdoçularının mübarizə apardığını söyləyiblər.
Turnirin yüksək səviyyədə təşkilinə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Cüdo Federasiyasına təşəkkürlərini bildiriblər. Dövlət himnimiz səsləndirilikdən sonra beynəlxalq turnir açıq elan olunub.
Qeyd edək ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistan cüdoçuları da mübarizə aparır. İlk günün nəticələrinə görə fərqlənənlərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Beynəlxalq yarışa fevralın 24-ü yekun vurulacaq.
Azvision.az