Azərbaycanlı cüdoçu Almaniyada çempion oldu - VİDEO

Azərbaycanlı cüdoçu Almaniyada çempion oldu -  VİDEO
  25 Fevral 2019    Oxunub:4700
Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində idmançımız qızıl medal qazanıb.
Azvision.az xəbər verir ki, finala qədər uğurla irəliləyən Məmmədəli Mehdiyev (90 kq) həlledici döyüşdə yapon Sanşiro Muraonu məğlub edərək “Böyük dəbilqə” turnirinin qalibi olub.



Qeyd edək ki, Azərbaycan yarışda 15 cüdoçu ilə təmsil olunur. Bu gün Rüstəm Orucov (73 kiloqram) da komandamızın hesabına medal yazdırıb. O, turnirin bürünc mükafatını əldə edib.

“Böyük dəbilqə” turnirində 93 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparır.

Azvision.az



Teqlər: Cüdo   Medal  





Xəbər lenti