DİM-də Apelyasiya Komissiyası yaradılıb

DİM-də Apelyasiya Komissiyası yaradılıb
  25 Fevral 2019    Oxunub:2268
Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Bakalavrlar Apelyasiya Komissiyasına fevralın 25, 26, 27-də saat 10:00‑dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti