Türkiyədə irimiqyaslı FETÖ əməliyyatı - Yenilənib

 Türkiyədə irimiqyaslı FETÖ əməliyyatı -  Yenilənib
  25 Fevral 2019    Oxunub:2795
Türkiyənin 42 əyalətində FETÖ-nün hərbi dəniz qüvvələrindəki birliklərinə qarşı irimiqyaslı əməliyyatlar keçirilib.

Azvision.az xəbər verir ki, əməliyyatlar çərçivəsində terror təşkilatının axtarışda olan üzvlərinin gizləndiyi evlərdə axtarış aparılıb. Barəsində həbs qərarı verilən 182 şübhəli arasında yüksək rütbəli hərbçilər, müəlimlər və polis əməkdaşları da var.
***
Ankara Cümhuriyyət Baş Prokurorluğunun FETÖ (Fətullahçı Terror Təşkilatı) və “Paralel Dövlət Quruluşu” ilə bağlı apardığı istintaq-dindirmə prosesi çərçivəsində Türkiyə quru qoşunlarında terrorçularla əlaqəsi olduğu aşkarlanan daha 100 hərbçinin və Ticarət Nazirliyinin bir əməkdaşının həbsi barədə qərar çıxarılıb.

Azvision.az xəbər verir ki, həbsinə göstəriş verilən hərbçilərdən 67-si xidməti fəaliyyətdə olanlardır və onların sırasında mayor, kapitan, baş leytenant və leytenantlar da var.

Eyni zamanda, Adana Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq nəticəsində 12 əyalətdə FETÖ ilə əlaqəsinin olduğu aşkar edilən 18 hərbçinin həbsinə dair qərar verilib.

Hazırda şübhəlilərin saxlanılaraq həbs edilməsi məqsədilə Ankara və Adana Polis İdarələrinin terrorla və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbələrinin əməkdaşları birgə axtarış əməliyyatları davam etdirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: FETÖ   Türkiyə  





Xəbər lenti