General Vladimir Zaman dövlətə xəyanətə görə həbs edildi
Azvision.az xəbər verir ki, bu barədə “Ukrayna milli xəbərləri” informasiya agentliyi ölkənin güc strukturlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Xatrladaq ki, Kiyevdəki 2014-cü ilin Maydan hadisələri fonunda o zaman Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi olan Vladimir Zaman tutduğu vəzifədən istefa vermişdi. Həmçinin, onun müavini Yuri Dumanski də istefaya çıxmışdı. Dumanski bu qərarını ölkədə baş verən vətəndaş müharibəsinə hərbçilərin cəlb edilməsi cəhdlərinin olması ilə əlaqələndirmişdi. “Bu, yolverilməzdir və çox sayda mülki və hərbi şəxslərin ölümü ilə nəticələnə bilər”, deyə bildirmişdi. Lakin həmin vaxt Ukrayna Müdafiə Nazirliyi baş qərargah rəisi ilə onun müavinini Ukrayna Silahlı Qüvvələri hərbçilərini təyinatları üzrə tapşırıqlarının dəqiq icrasından yayındırmaqda ittiham etmişdi.
Leyla Elbrusqızı
Azvision.az