İrəvanda hökumət binası önündə aksiya keçirilir

İrəvanda hökumət binası önündə aksiya keçirilir
  25 Fevral 2019    Oxunub:1612
Bir qrup vətəndaş İrəvanda Ermənistanın hökumət binası önünə toplaşaraq etiraz aksiyası keçirir.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, etirazçılar ötən ilin sonunda dövlət qulluqçularına verilən böyük məbləğdə əlavə pul mükafatlarının Ermənistanın dövlət büdcəsinə geri qaytarılmasını tələb edirlər.
Aksiyaçılar həmçinin, bir həftə ərzində 4 min imza topladıqlarını və bu təşəbbüsə qoşulanların sayının durmadan artdığını bildiriblər. Onların sözlərinə görə, dövlət işçilərinə maaşlarından əlavə pul verilməsi korrupsiya əməlidir və bütün vəsaitlər büdcəyə qaytarılmalıdır.

“Biz icazə verməyəcəyik ki, əvvəlki hakimiyyət nümayəndələrinin etdikləri kimi, vəzifəli şəxslər öz burunlarını dövlət büdcəsinə soxsunlar. Bu insanlar əlavə 8-9 milyon dram pul alırlar və deyirlər ki, guya bunu qanuna uyğun olaraq edirlər” – aksiya iştirakçılarından biri bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti