Andranik hökumət binası qarşısında özünü öldürmək istədi - VİDEO

Andranik hökumət binası qarşısında özünü öldürmək istədi -  VİDEO
  25 Fevral 2019    Oxunub:1939
Ermənistanın Qexanist kənd sakini Andranik Adilxanyan İrəvanda hökumət binası qarşısında üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, hökumət binasının mühafizəçiləri güc tətbiq etmək yolu ilə intihar cəhdinin qarşısını alıblar. Daha sonra əraziyə cəlb olunan polis qüvvələri vətəndaşı zorla maşına mindirərək polis məntəqəsinə aparıblar.


Qeyd edək ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidməti son bir il ərzində ölkədə intihara cəhd edən ölkə vətəndaşlarının sayının əvvəlki illərə nisbətdə 20% artdığını bəyan edib. Bildirilib ki, Ermənistanda baş verən intihar hallarının başlıca səbəbi sosial-iqtisadi vəziyyətin ağır olmasıdır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   İntihar  





Xəbər lenti