Trampdan OPEK-ə növbəti xəbərdarlıq

Trampdan OPEK-ə növbəti xəbərdarlıq
  25 Fevral 2019    Oxunub:1867
ABŞ prezidenti Donald Tramp bu gün növbəti dəfə OPEK-ə ( Neft ixrac edən ölkələrin təşkilatı) xəbərdarlıq edərək, dünya bazarında neft qiymətlərini artırmamağa çağırıb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Tramp "Tvitterdə" səhifəsində bəyan edib.

“Neft qiymətləri çox yüksəlir. OPEK, xahiş edirəm rahatla və fasilə ver. Dünya qiymət artımını qəbul edə bilmir – kövrəkdir!” – Tramp yazıb.

Qeyd edək ki, ABŞ-ın İran və Venesuelanın neft ixracına qoyduğu sanksiyalara rəğmən, OPEK və Rusiya kimi qeyri-OPEK ölkələri bazarda neft qiymətlərini balanslaşdırmağa və artımı dəstəkləməyə çalışırlar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: OPEK   ABŞ  





Xəbər lenti