Məscid tikən 9 fəhlə 60 metr hündürlükdən yıxılıb

Məscid tikən 9 fəhlə 60 metr hündürlükdən yıxılıb
  25 Fevral 2019    Oxunub:2033
Tacikistanın paytaxtı Düşənbədə Mərkəzi Asiyanın ən böyük məscidinin tikintisi zamanı 9 inşaat işçisi 60 metr hündürlükdən yerə yıxılıblar.
Azvision.az xəbər verir ki, bu barədə Tacikistanın Fövqəladə Vəziyyətlər Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, insidentə səbəb məscidin tikintisində istifadə olunan metal inşaat iskələlərinin çökməsidir. Nəticədə 60 metr hündürlükdən yerə yıxılan 9 nəfərdən 8-i müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Yaralanan bir nəfər işçi isə xəstəxanaya getməkdən imtina edib.

Düşənbədə tikilən Mərkəzi Asiyanın ən böyük məscidinin sahəsi 6 hektar ərazisini əhatə edəcək və orada eyni vaxtda 120 min müsəlman ibadət edə biləcək.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: tacikistan   Düşənbə   Məscid  





Xəbər lenti