Xanım deputat `JEK`-lərin ləğvini istəyir

Xanım deputat `JEK`-lərin ləğvini istəyir
  14 Noyabr 2013    Oxunub:2315
`Bu gün mənzil istismar sahələrinin arayış verməkdən başqa bir işi yoxdur. Halbuki büdcədən bu sahəyə 28 milyon manat pul ayrılır. Fikrimcə, mənzil istismar idarələri bələdiyyələrə verilməli və həmin pul bələdiyyələrə ayrılmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Kamilə Əliyeva deyib.

Deputat seçildiyi rayondakı problemlərdən də danışıb.

“Seçildiyim Zaqatala rayonu insanların istirahəti üçün turizm rayonudur. Amma bu rayonda turizmin inkişafı üçün heç bir iş görülmür. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevdən xahiş edirəm ki, rayona diqqəti artırsın. Büdcədən bu rayonda turizm sektorunun inkişaf etdirilməsi üçün əlavə pul ayrılmasını təklif edirəm”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti