Türkiyəyə gedən azərbaycanlıların sayı azalıb

 Türkiyəyə gedən azərbaycanlıların sayı azalıb
  26 Fevral 2019    Oxunub:2116
Yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olub.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövr ərzində Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qeydə alınıb.

Belə ki, yanvarda ölkə vətəndaşlarının yalnız 10,2 faizi Türkiyəyə gedib. Bu da ötən illə müqayisədə 2,6 faiz azdır.

Türkiyədən fərqli olaraq, ay ərzində İrana gedən Azərbaycan vətəndaşlarının sayı 75,2 faiz, Rusiyaya gedənlərin sayı 6,5 faiz, Gürcüstana gedənlərin sayı isə 2,5 faiz artıb.

Azvision.az



Teqlər: Türkiyə   Statistika  





Xəbər lenti