“Hərbi əməliyyatlar başlasa, hücuma keçəcəyik” - Tonoyan

 “Hərbi əməliyyatlar başlasa, hücuma keçəcəyik” -  Tonoyan
  26 Fevral 2019    Oxunub:2257
“Əgər hərbi əməliyyatlar bərpa olunarsa, onda biz də tərəddüd etməyəcəyik”

Azvision.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan İctimai televiziyaya müsahibəsində deyib. Jurnalistin “bu o deməkdirmi ki, Ermənistan ordusu hücuma keçəcək?” sualına Tonoyanın cavabı belə olub:
“Niyə də yox? Biz artıq hücum silahları da almağa başlamışıq. İndiki zamanda müdafiə siyasətinin təşkilindəki mövcud psixologiya və yanaşmalar dəyişir. Təcrübə göstərir ki, müdafiə mövqeyində olan ordular həmişə məğlubiyyətlə üzləşiblər. Biz, müdafiə mövqeyində qalmaq niyyətində deyilik. Gördüyünüz kimi, indi biz elə silahlar alırıq ki, düşmənin həmlələrini neytrallaşdırmağa imkan verəcək. Söhbət həm də “Su-30 SM” qırıcılarından gedir”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Ordu  





Xəbər lenti