Türkiyə XİN Xocalı qətliamı ilə bağlı bəyanat yaydı

 Türkiyə XİN Xocalı qətliamı ilə bağlı bəyanat yaydı
  26 Fevral 2019    Oxunub:1622
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı yazılı bəyanat yayıb.
Azvision.az xəbər verir ki, bəyanatda 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərinə Ermənistan hərbi birləşmələri tərəfindən edilən hücumda yüzlərlə Azərbaycan vətəndaşının öldürüldüyü, yaralandığı, yaxud da əsir alındığı bildirilib.

“Mülki əhaliyə qarşı bu təcavüz və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin salınmış və öz vətənlərində qaçqın həyatı yaşamağa məhkum edilmişdir. Bu qətliamı və Ermənistanın Azərbaycan torpaqlarındakı davam edən işğalını şiddətlə qınayırıq. Azərbaycanlı qardaşlarımızın 27 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısını dərindən hiss edir və səmimiyyətlə bölüşürük.

Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk” - bəyanatda vurğulanıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Xocalı   Azərbaycan   Ermənistan  





Xəbər lenti