“ABŞ-ın Suriyadan konkret çəkilmə planı yoxdur” - Çavuşoğlu

“ABŞ-ın Suriyadan konkret çəkilmə planı yoxdur” -  Çavuşoğlu
  26 Fevral 2019    Oxunub:1715
Suriyadakı qoşunlarını tamamilə çıxaracağını vəd edən Amerikanın bunu həyata keçirmək üçün masada hansısa konkret fəaliyyət planı yoxdur.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Avropa İttifaqı - Ərəb Birliyi Sammiti”ndə iştirakdan sonra jurnalistlərə açıqlamasında deyib.

“ABŞ-ın çəkilmə qərarından sonra fərqli yanaşmalar müzakirəyə çıxarılmağa, paylaşılmağa başlandı. Bu, Amerikanın tam mənada bir strategiyasının olmadığını göstərir. Onlara bu məsələdə kömək etmək istədik. Burada mövqeyimizin də razılaşdırılması lazımdır, işçi qrupu da zatən bu məqsədlə toplanır” – Çavuşoğlu bildirib.

Türkiyə XİN rəhbəri onu da vurğulayıb ki, “S-400” zenit-raket kompleksləri ilə bağlı hansısa açıqlama verməyə ehtiyac yoxdur, çünki Ankara ilə Moskva arasında razılaşma əldə olunub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   ABŞ  





Xəbər lenti