"Neftçi"nin müdafiəçisi Latviya klubunda

"Neftçi"nin müdafiəçisi Latviya klubunda
  26 Fevral 2019    Oxunub:1557
"Neftçi” klubunun müdafiəçisi Elvin Sərkərov Latviyanın "Dauqavpils” klubu ilə müqavilə imzalayıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi” PFK-ya ödəniləcək. Bundan əlavə, U-21 milli komandamızın üzvü Azərbaycana qayıdacağı halda ilk seçimini "Neftçi” üzərində edəcək.

Qeyd edək ki, Sərkərov bu mövsüm 6 oyunda meydana çıxıb.

Azvision.az


Teqlər: Neftçi   Klub  





Xəbər lenti