Xocalı şəhidlərinin “Ana Harayı” - VİDEOREPORTAJ

  26 Fevral 2019    Oxunub : 4181
 Xocalı şəhidlərinin “Ana Harayı” - VİDEOREPORTAJ
Xocalı soyqırımının törədilməsindən 27 il ötür. Bu gün minlərlə insanın iştirakı ilə Bakıda ümumxalq yürüşü keçirilib. Yürüş iştirakçıları“Ana Harayı” abidə kompleksini ziyarət edərək, Xocalı şəhidlərinin əziz xatirələrini anıblar.
Anım mərasimində ölkə rəhbərliyi, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfensiyaların başçıları, habelə qırğından xilas olmuş Xocalı sakinləri iştirak ediblər.



Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: Xocalı   Soyqırım