Ərdoğandan Putinlə kritik görüşə gedir

Ərdoğandan Putinlə kritik görüşə gedir
  14 Noyabr 2013    Oxunub:1166
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası üçün Rusiyaya gedəcək.
AzVision.az Türkiyə mtəbuatına istinadən xəbər verir ki, baş nazir şuranın 4-cü iclası üçün noyabrın 21-22-də Sankt Peterburqa rəsmi səfər edəcək.

Ərdoğanla birlikdə Türkiyənin xarici işlıər naziri Əhməd Davudoğlu, enerji və təbii sərvətlər naziri Taner Yıldız, iqtisadiyyat naziri Zəfər Çağlayan səfərə qatılacaq.

Səfər çərçivəsində Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə təkbətək və nümayəndələr heyəti ilə birgə görüş keçirəcəyi gözlənilir. Görüşlərdə Suriyadakı böhran, İranın nüvə problemi, Misirdəki qarşıdurmalar və digər regional məsələlər müzakirə olunacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti