Nikol Paşinyan İrana səfərə gedib

Nikol Paşinyan İrana səfərə gedib
  27 Fevral 2019    Oxunub:2921
Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfərə gedib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iki günlük səfər çərçivəsində Paşinyan İranın ali dini lideri Ayətulla Əli Xameneyi, prezident Həsən Ruhani və İran Məclisinin (parlament) sədri Əli Laricani ilə görüşlər keçirəcək.

Bundan əlavə, Ermənistan baş naziri “Ararat” idman-mədəniyyət mərkəzinə baş çəkəcək, İsfahanda erməni icmasının nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, bu, baş nazir postuna yiyələndikdən bəri Paşinyanın İrana ilk rəsmi səfəridir.

Azvision.az


Teqlər: Paşinyan   İran  





Xəbər lenti