Tramp Kim Çen Inı təriflədi

Tramp Kim Çen Inı təriflədi
  27 Fevral 2019    Oxunub:1655
Pxenyanı nüvə proqramından imtina etdirmək məqsədində ciddi irəliləyiş əldə etməməsinə rəğmən, ABŞ prezidenti Donald Tramp bir neçə saatdan sonra görüşəcəyi Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətlər qurduğunu və onun öz ölkəsi üçün böyük işlər görəcəyini deyib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, II ABŞ-Şimali Koreya sammitində iştirak etmək üçün Vyetnamın paytaxtı Hanoya gələn Tramp bu barədə "Tvitter"də yazıb.

“Vyetnam yer üzündəki bir neçə ölkələrdəndir ki, inkişaf edir. Şimali Koreya da belə olacaq və əgər nüvəsizləşərsə, bu inkişaf çox tezliklə baş verəcək. (Şimali Koreyanın inkişafı üçün) potensial böyükdür, dostum Kim Çen Inın bunu etməsi üçün indiyədək demək olar ki, tarixdə görünməmiş böyük imkan yaranıb. O, nəsə böyük işlər görmək istəyir. Biz bunu tezliklə biləcəyik – çox maraqlıdır!” – Tramp vurğulayıb.

Qeyd edək ki, Trampla Kim Çen In bu gün yerli vaxtla saat 6:30-da (Bakı vaxtı ilə axşam saat 21:30-da) Hanoyun Metropol otelində 20 dəqiqəlik təkbətək görüş keçirəcəklər. Daha sonra isə nahar və geniş tərkibdə görüş nəzərdə tutulub. ABŞ və Şimali Koreya liderləri arasında ilk tarixi sammit 2018-ci ilin 12 iyununda Sinqapurda keçirilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Vyetnam   ŞimaliKoreya   ABŞ  





Xəbər lenti