Misirdə qatar qəzası: 28 nəfər yanaraq öldü, 50-dən çox yaralı var - VİDEO

Misirdə qatar qəzası:  28 nəfər yanaraq öldü, 50-dən çox yaralı var -  VİDEO
  27 Fevral 2019    Oxunub:3130
Misirin pataxtı Qahirənin mərkəzindəki “Ramsis” dəmiryolu vağzalında yüksək sürətlə gedən qatarın platformaya çırpılması və zərbənin təsirindən qatarın yanacaq çəninin partlaması nəticəsində azı 28 nəfər yanaraq ölüb, 50-dən çox insan xəsarət alıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Misir Səhiyyə Nazirliyindəki mənbə bildirib.



Qeyd edək ki, Misirin Nəqliyyat Nazirliyindəki mənbələr partlayış nəticəsində ölən və yaralananların əksəriyyətinin platformada dayanan vətəndaşlar olduğunu deyiblər. Hazırda vağzal təxliyə edilib, stansiyada qatarların hərəkəti dayandırılıb. Hadisə yerində Misir prokurorluğunun əməkdaşları çalışırlar. Misirin baş naziri Mustafa Madbuli “Ramsis” dəmiryolu vağzalına gələrək bildirib ki, qəzanın səbəbkarları tezliklə tapılaraq cəzalandırılacaqlar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Misir   Qatar  





Xəbər lenti