Bu, Azərbaycan təhsilində hüquq və kargüzarlıq sahəsində ən aktual kitablardan sayilir. Məktəb direktoru olmaq istəyənlər və məktəb direktorları üçün nəzərdə tutulub. Onların sənəd və kargüzarlıq işini nə cür aparmalı olduqları hüquqi baxımdan kitabda əksini tapıb.
Kitabın müəlliflərindən biri Bakı şəhəri, Səbail rayonundakı 162 saylı məktəbin direktor müavini, digəri isə Sumqayıt məktəblərindən birinin müəllimidir.
Kitab “EL” nəşriyyatinda Cəfər Bağırovun redaktorlugu ilə işiq üzü görüb. İstəyənlər “Oyal” kitab evi şəbəkəsidən əldə edə bilərlər.
Məktəb direktorları üçün kitab
Teqlər: Təhsil