İran Ermənistana qaz tədarükünü artırır

 İran Ermənistana qaz tədarükünü artırır
  27 Fevral 2019    Oxunub:3477
İran Ermənistana ixrac etdiyi təbii qazın həcmini artırmağa hazırdır.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.
“Qaz sferasında əməkdaşlıqla bağlı İranın Ermənistana qaz tədarükü həcmini artırmağa hazır olduğunu ifadə etdik. Biz həmçinin, Gürcüstana qaz ixracı üzrə üçtərəfli formatda, eləcə də enerji sahəsində Rusiya ilə birgə dördtərəfli formatda əməkdaşlığa da hazırıq” – Ruhani vurğulayıb.

Paşinyan isə bildirib ki, Ermənistanın İrandan qaz tədarükünü artırması məsələsində qiymətlə bağlı ortaq məxrəcə gəlmək vacibdir: “Bu, anlaşmanın cəlbediciliyi kontekstində prinsipial olaraq vacib məsələdir. Ümid edirik ki, bizim nümayəndələrimiz bu istiqamətdə effektiv danışıqlar aparacaqlar”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   İran  





Xəbər lenti