Çingiz Qənizadə işıqfor məsələsinə aydınlıq gətirdi

Çingiz Qənizadə işıqfor məsələsinə aydınlıq gətirdi
  14 Noyabr 2013    Oxunub:1479
“Mən həqiqətən də Nəqliyyat Nazirliyinin nəzdində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyətini tənqid etmişəm. Şəhərdə tıxac probleminə səbəb olan faktlardan biri də işıqforların bəzən işləməməsi, bəzən də tez yanıb sönməsi, bəzi yerlərdə isə ehtiyac olmadan işıqforun sarı işığının aramsız olaraq yanıb sönməsini tez və operativ tənzimləmək üçün işıqforlara nəzarət və tənzimləməni Dövlət Yol Polisinə tabe olunmasını təklif etmişəm”.
Bu sözləri milət vəkili Çingiz Qənizadə deyib. O bildirib ki, müvafiq qurumların bu təklifi müzakirə edəcəklərinə inanır: “Amma çox təəssüf ki, bəzi mətbuat orqanları mənim təklifimi iki nazirlik arasında gedən səlahiyyət savaşı kimi təqdim etməklə məsələni başqa səmtə yönəltməyə üstünlük vermiblər. Qeyd etmək istəyirəm ki, mənim təklifimlə bağlı hər iki nazirlik yalnız mənim mətbuatda çıxışımdan sonra məlumatlı olublar”.
Çingiz Qənizadə deyib ki, millət vəkilinin şəxsi fikirlərini nazirliklərarası səlahiyyət davası kimi təqdim etməklə mətbuat mövzunu hamımızın yaşadığı tıxac probleminin həlli yollarından başqa səmtə çevirir və bu problemin həlli yollarının tapılmasına mane olur.


Teqlər:





Xəbər lenti