Ermənilər Rusiyada qəzaya düşdülər – 6 yaralı

  27 Fevral 2019    Oxunub : 1066
 Ermənilər Rusiyada qəzaya düşdülər – 6 yaralı
Rusiyanın Stavropol dairəsində “Mersedes-Vito” markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində sürücü daxil olmaqla, içəridəki 6 nəfərin hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol Baş İdarəsinin mətbuat katibi Oleq Deqtyarev bildirib. Onun sözlərinə görə, qəza Koçubeyev kəndi yaxınlığında, “Qafqaz” federal avtomobil yolunun 223-cü kilometrliyində baş verib.

“6 nəfər yaralanıb. Onlardan 3-ü kişi, digər 3-ü isə qadındır. Xəsarət alanlar Nevinnomısska şəhər xəstəxanasına aparılıb. Hadisənin baş verdiyi əraziyə giriş polis tərəfindən məhdudlaşdırılıb” - Deqtyarev bildirib.

Qeyd olunub ki, qəza nəticəsində yaralanan sürücü və sərnişinlərin hamısı Ermənistan vətəndaşlarıdır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   Rusiya