“London School”dan yenilik: Özəl tədris metodu yaradılıb

   “London School”dan yenilik:    Özəl tədris metodu    yaradılıb
  28 Fevral 2019    Oxunub:5530
“London School” dil tədris mərkəzi ingilis dili tədrisində yeni, interaktiv metodun tətbiqinə başlayıb. “Active Learning Method” adlanan bu proqram NLP üzərində yaradılıb və adından da göründüyü kimi, aktiv öyrənmə mexanizminə  əsaslanır.

Şirkətin direktoru Nigar Məmmədovanın verdiyi məlumata görə, “Active Learning Method”un əsas prinsipi tələbənin ingilis dilini öz ana dili kimi reflektiv, yəni, eşidərək və danışaraq öyrənməsidir: “Belə ki, hansısa bir dili effektiv və qısa zamanda öyrənə bilmək üçün, məhz həmin dildə danışmaq və dinləmək lazımdır. Bu metodda tələbəyə ev tapşırığı verilmir, qrammatik qaydalar sadə formada izah edilir və tələbə nəticəyə, ənənəvi metodlarla müqayisədə 4 dəfə daha tez çatır.

Daha bir üstünlük odur ki, keçirilən dərsin keyfiyyətindən əmin ola bilməsi üçün tələbədən əvvəlcədən ödəniş almadan, 3 sınaq dərsi imkanı yaradır. Bu, o deməkdir ki, tələbə heç bir risk etmir və yalnız, effektivlikdən əmin olduqdan sonra ödəniş edir. Biz işimizin keyfiyyətindən əminik və tələbələrin də bundan əmin olmasını istəyirik”.

N.Məmmədova əlavə edib ki, “London School”da ingilis dili tədrisi 2010-cu ildən “Callan” metodu ilə keçirilsə də, son vaxtlar bu metod müasir tədris standartlarına cavab vermədiyindən, yenilənməsinə, təkmilləşdirilməsinə ehtiyac var idi:  “Callan” metodu kitablarında olan sözlər və dialoqlar köhnəlmişdi. Buna görə də, qərara aldıq ki, metodu modernləşdirək, müasir təhsil dinamikasına uyğunlaşdıraq. Beləliklə, söz bazasını artırdıq, mövzu və dialoqları yenilədik, çatışmazlıqları aradan qaldırdıq. Nəticədə, ortaya daha effektiv və aktiv bir metod çıxdı. Onu da bildirim ki, “Active Learning Method”u müəllif hüquqları agentliyində də təsdiqlətmişik və bütün müstəsna hüquqları “London School”a aiddir”. 




Teqlər: London-School  





Xəbər lenti