Pakistanla Hindistan arasında atışma davam edir

 Pakistanla Hindistan arasında atışma davam edir
  28 Fevral 2019    Oxunub:1844
Hindistan və Pakistan ordusunun hərbçiləri Hindistanın Cammu və Kəşmir ştatındakı nəzarət xətti boyunca bir-birilərinin mövqelərini atəşə tutublar. Bununla da, artıq 7 gündür ki, tərəflər arasındakı atəşkəs rejimi ardıcıl şəkildə pozulub.
Azvision.az xəbər verir ki, bu barədə “İndia Today” qəzeti Hindistan Silahlı Qüvvələrinin leytenent-polkovniki Devender Ananda istinadən yazıb.

“Yerli vaxtla səhər saat 06:00 radələrində Pakistan səbəbsiz yerə atəşkəs rejimini pozmaq təşəbbüsü etdi və minaatıcılar və adi silahlarla Krişna Qhati sektorunu atəşə tutdu. Hindistan hərbçiləri də onlara cavab atəşi açdı” – Anand vurğulayıb.

Onun sözlərinə görə, tərəflər arasındakı atışma bir saatdan sonra dayanıb. Hindistan hökuməti Kəşmirdəki nəzarət xəttindən və Pakistanla sərhəddən 5 kilometr məsafədə bütün təhsil müəssisələrini bağlayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pakistan   Kəşmir   Hindistan  





Xəbər lenti