II ABŞ-Şimali Koreya sammiti vaxtından tez başa çatdı

II ABŞ-Şimali Koreya sammiti vaxtından tez başa çatdı
  28 Fevral 2019    Oxunub:2228
Vyetnamın paytaxtı Hanoyda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında keçirilən 2 günlük sammit əvvəlcədən nəzərdə tutulmuş qrafikdən daha tez başa çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hər ölkə liderinə məxsus kortejlər danışıqların keçirildiyi otel binasını artıq tərk ediblər.

Trampla Kim Çen Inın görüşün yekununa dair birgə bəyannamə imzalayıb-imzalamayacaqları da bilinmir. Trampın keçirəcəyi mətbuat konfransının vaxtı isə 2 saat əvvələ çəkilib.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders bildirmişdi ki, II ABŞ-Şimali Koreya sammitinin qrafikində dəyişiklik edilib. Lakin bunun səbəbini açıqlamayıb.

Qeyd edək ki, sammit çərçivəsində Trampla Kim Çen In təkbətək və geniş tərkibli görüşlər keçiriblər, həmçinin, birgə nahar ediblər. Tramp danışıqların məhsuldar keçdiyini deyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Vyetnam   ŞimaliKoreya   ABŞ  





Xəbər lenti