Trampla Kim razılaşmadı, görüş nəticəsiz yekunlaşdı

Trampla Kim razılaşmadı, görüş nəticəsiz yekunlaşdı
  28 Fevral 2019    Oxunub:1751
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Vyetnamda keçirilən sammitdə yekun razılığa gəlməyiblər, amma bununla belə, onlar yaxşı və konstruktiv görüş keçiriblər.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bəyanatla çıxış edib.

“Liderlər iqtisadi konsepsiyalar və Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində irəliləyişə nail olmağın müxtəlif yollarını müzakirə ediblər. İndiki məqamda tərəflər arasında razılaşma əldə olunmayıb, amma ABŞ və Şimali Koreya nümayəndələri gələcəkdə görüş keçirməyi planlaşdırırlar”, – deyə Sanders bildirib.

Bununla da, sammitin yekununa dair Trampla Kim Çen Inın birgə bəyanat imzalamayacaqları aydınlaşıb.

Xatırladaq ki, ötən gündən başlayaraq Vyetnamın paytaxtı Hanoyda Kim Çen Inla Trampın sayca ikinci görüşü keçirilib. Şimali Koreya lideri ölkəsini tam nüvəsizləşdirməyə hazır olduğunu deyib. Tramp isə vurğulayıb ki, danışıqlar məhsuldar keçib.

İki ölkə liderinin ilk sammiti 2018-ci ilin 12 iyununda Sinqapurda baş tutmuşdu.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Vyetnam   ŞimaliKoreya   ABŞ  





Xəbər lenti