Paşinyanın Türkiyəyə Qarabağ ittihamı və “soyqırım” riyakarlığı

 Paşinyanın Türkiyəyə Qarabağ ittihamı və “soyqırım” riyakarlığı
  28 Fevral 2019    Oxunub:2069
“Təəssüf ki, Türkiyə hakimiyyətinin mövqeyi ikitərəfli münasibətlər məsələsini ciddi şəkildə müzakirə etməyə imkan vermir.”

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan İrana səfəri çərçivəsində erməni icmasının nümayəndələrilə görüşündə deyib.
O, rəsmi Ankaranı İrəvanla ikitərəfli münasibətlərini həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirməkdə ittiham edib. Halbuki, “biz ilkin şərt qoymuruq” deyən Paşinyan riyakarlıqla bildirib ki, qondarma “erməni soyqırımı” məsələsi Ankara ilə əlaqələrdə onlar üçün prioritetdir və Ermənistan-Türkiyə əlaqələrinin gündəliyinə sığmayan qlobal “əhəmiyyətli” mövzudur.

“Nə qədər ki vəziyyət belədir, optimizm üçün əsas yoxdur. Hərçənd, biz dəfələrlə demişik ki, münasibətlərimiz məsələsini şərtsiz müzakirə etməyə hazırıq. Amma bu, o deməkdir ki, Türkiyənin də şərti olmamalıdır. Bu kontekstdə vurğulamaq istəyirəm ki, “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması bizim üçün olduqca vacibdir. Bu şərt və Ermənistan-Türkiyə münasibətlərinin məsələsi deyil, qlobal təhlükəsizlik məsələsidir, bizim soyqırımla qlobal mübarizəyə töfhəmizdir” – Paşinyan bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Türkiyə   Qarabağ  





Xəbər lenti