Pakistan Hindistana gedən qatarı dayandırdı

 Pakistan Hindistana gedən qatarı dayandırdı
  28 Fevral 2019    Oxunub:1598
Pakistan hakimiyyəti həftədə iki dəfə Hindistana yollanan “Samjhota Express” qatarının hərəkətini iki ölkə arasındakı gərginliklə əlaqədar qeyri-müəyyən müddətə dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə “Doon” qəzeti Pakistan XİN-in bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda deyilir ki, “Həfətənin bazar ertəsi və cümə axşamları (Pakistanın) Lahor şəhəri ilə (Hindistanın) Attari şəhəri arasında işləyən qatar təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşdıqdan sonra hərəkətini dərhal bərpa edəcək”.

Lakin bundan əvvəl rəsmi İslamabad vəd vermişdi ki, qatarın hərəkət qrafikində dəyişiklik olmayacaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Pakistan   Hindistan  





Xəbər lenti