Qonşusunun evinə oğurluğa girdi, bıçaqla hədələdi

Qonşusunun evinə oğurluğa girdi, bıçaqla hədələdi
  02 Mart 2019    Oxunub:3897
Martın 1-də Sabirabad şəhərindəki evlərin birinə girmiş şəxs ev sahibəsini bıçaqla hədələyib qızıl əşyalar verməsini tələb edib. Lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk edib.
DİN-in Mətbuat xidmətidnən Azvision.az -a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, qonşu olan R.Kərimov saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti