Ukraynada azərbaycanlılara təhlükə var? – RƏSMİ AÇIQLAMA

Ukraynada azərbaycanlılara təhlükə var? – RƏSMİ AÇIQLAMA
  15 Noyabr 2013    Oxunub:1208
Azərbaycanın Ukraynadakı səfirliyi son günlər bu ölkədə yaşayan azərbaycanlılara qarşı təqiblərin başlanması, Kiyevdə bir hamilə qadının skinhedlər tərəfindən döyülərək öldürülməsi, habelə Xarkovda iki azərbaycanlı tələbənin qətlə yetirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Səfirliyin konsulluq məsələləri üzrə birinci katibi Asim Osmanov APA-ya açıqlamasında Azərbaycanın bəzi mətbuat orqanlarında bu barədə yayılan xəbərləri təkzib edib: “Bu xəbərlər əsla həqiqəti əks etdirmir. Belə hallar baş verirsə, səfirliyə dərhal rəsmi məlumat daxil olur. Son vaxtlar Kiyevdə və Ukraynanın digər şəhərlərində Azərbaycan vətəndaşlarının öldürülməsi barədə səfirliyə heç bir məlumat verilməyib. Biz Ukrayna mətbuatını da diqqətlə izləyir, belə xəbərlərə rast gəldikdə dərhal reaksiya veririk. Lakin vəziyyət sabitdir, heç bir hadisə baş verməyib. Xarkovda iki azərbaycanlı tələbənin öldürülməsi barədə xəbərlər də əsassızdır. Bu barədə heç bir məlumat daxil olmayıb. Bundan başqa, Xarkovda bizim diasporumuz var, onlarla intensiv əlaqədəyik, onlarda da bu barədə heç bir məlumat yoxdur”.

Diplomatın sözlərinə görə, dünən bir neçə azərbaycanlı tələbə səfirliyə müraciət edib: “Onlar soydaşlarımızın Ukraynada öldürülməsi barədə Azərbaycan mətbuatında gedən məlumatlardan təşvişə düşdüklərini, təhlükəsizlikləri ilə bağlı narahatlıq keçirdiklərini bildirdilər. Mən isə onların diqqətinə çatdırdım ki, bu məlumatlar yalandır, qeyd olunan qətl hadisələri baş verməyib. Ukraynada yaşayan azərbaycanlıların həyatına təhlükə yoxdur”.




Teqlər:  





Xəbər lenti