"Səbail" öz meydanında xal itirdi

"Səbail" öz meydanında xal itirdi
  02 Mart 2019    Oxunub:3503
Bu gün Azərbaycan Topaz Premyer Liqasında 19-cu tura start verilib.
Azvision.az xəbər verir ki, günün ilk oyununda paytaxt təmsilçisi "Səbail" öz meydanında "Sumqayıt"ı qəbul edib. "Bayıl Arena"da keçirilən görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu oyundan sonra turnir cədvəlində “Səbail” 31-ci, “Sumqayıt” isə 16-cı xalını qazanıb.

Azvision.az



Teqlər: Topaz  





Xəbər lenti