"Liverpul" liderliyi son anda əldən verdi

 "Liverpul" liderliyi son anda əldən verdi
  04 Mart 2019    Oxunub:2495
İngiltərə Premyer Liqasında 29-cu turun növbəti oyunları keçirilib.
Azvision.az xəbər verir ki, Mersisayd derbisində "Everton" "Liverpul" klubunu qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib. Matç qolsuz bərabərliklə yekunlaşıb. Bu görüşdən sonra xallarının sayını 70-ə çatdıran "Liverpul" liderliyi əldən verərək ikinci pilləyə enib.

Qeyd edək ki, hazırda 71 xalı olan "Mançester Siti" turnir cədvəlinə liderlik edir.

Azvision.az



Teqlər: Liverpul  





Xəbər lenti