"Qalatasaray" səfərdə xal itirdi

"Qalatasaray" səfərdə xal itirdi
  04 Mart 2019    Oxunub:1629
Türkiyə Super Liqasında 24-cu turun daha bir oyunu keçirilib.
Azvision.az xəbər verir ki, "Qalatasaray" klubu səfərdə "Erzurumspor"la qarşılaşıb. İstanbul təmsilçisi qələbə üçün yollandığı görüşdə iki vacib xal itirib. Belə ki, matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, hazırda Türkiyə liqasına 54 xalla "Başakşehir" liderlik edir, "Qalatasaray" isə 46 xalla ikincidir.

Azvision.az


Teqlər: Qalatasaray  





Xəbər lenti