Ötən il AFFA 25 milyona yaxın gəlir əldə edib

Ötən il AFFA 25 milyona yaxın gəlir əldə edib
  04 Mart 2019    Oxunub:2144
AFFA İcraiyyə Komitəsinin növbəti Hesabat Konfransı keçirilir.
Azvision.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AFFA prezidenti Rövnəq Abdullayev, futbol ictimaiyyətinin nümayəndələri, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, "Bakı-2019: Ulduzlar finalı" ilə əlaqədar ölkəmizdə səfərdə olan keçmiş məşhur futbolçular və digərləri iştirak edirlər.

Konfransda bildirilib ki, ötən il AFFA-nın gəliri 25 milyon 456 min 685 manat, xərclər isə 20 milyon 201 min 286 manat olub.

Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama;

- Yığıncağın tərkibinin yoxlanılması;

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması;

- Maliyyə hesabatının təsdiq olunması;

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq;

- Növbəti ilin büdcəsinin təsdiq olunması;

- Hər hansı vakant vəzifəyə seçkilər;

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

- Digər məsələlər.


Qeyd edək ki, konfransdan sonra İcraiyyə Komitəsinin iclası olacaq.

Kənan Məmmədov
Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti