Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib

   Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib
  04 Mart 2019    Oxunub:3434
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Nərgiz Paşayeva fevralın 27-də Rusiya Təhsil Akademiyasının (RTA) üzvlərinin ümumi yığıncağında M.V.Lomonosov adına MDU-nun rektoru, akademik V.Sadovniçinin təqdimatına əsasən yekdilliklə RTA-nın akademiki (xarici üzvü) seçilib.
Rusiya Təhsil Akademiyasının yeni, o cümlədən xarici üzvləri maksimum dərəcədə şəffaf prosedur əsasında - gizli səsvermə yolu ilə, səslərin hesablanması üçün RF Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən ümumrusiya seçkilərində istifadə edilən qaydalara analoji olan elektron vasitələr (KOİB) tətbiq edilməklə seçilib. Yığıncağa qatılan Akademiya üzvlərinin hamısı səsvermədə iştirak edib.

Ümumi yığıncaqda 200-ə yaxın görkəmli rusiyalı və əcnəbi alim, Akademiyanın üzvləri, RF Prezidenti Administrasiyasının, RF Hökumətinin, federal nazirlik və idarələrin, RF Dövlət Dumasının nümayəndələri, RTA Qəyyumlar Şurasının üzvləri, görkəmli elm və dövlət xadimləri iştirak ediblər.

Professor Nərgiz Paşayeva ilə yanaşı, Li-Yanki Xannelora (Almaniya Federativ Respublikası və İsveçrə Konfederasiyasının vətəndaşı) və Fransisko Pons (İspaniya Krallığı və İsveçrə Konfederasiyasının vətəndaşı) da RTA-nın xarici üzvləri seçiliblər.

Azvision.az


Teqlər:





Xəbər lenti