Yol polisi “pərdə” əməliyyatına başlayır

Yol polisi “pərdə” əməliyyatına başlayır
  15 Noyabr 2013    Oxunub:1541
“Ayrıca reyd keçirilməyəcək. Amma qaydalara əməl etməyən sürücü məsuliyyətə cəlb olunacaq”.
Bunu AzVision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Avtomobillərdəki jalüz və pərdələrin icazə müddətinin başa çatmasından danışan DYP rəsmisi bildirib ki, qaydalara əməl etməyən sürcülər məsuliyyətə cəlb olunacaqlar.

“Sürücülərin avtomobillərdəki örtükləri yığışdırması ilə bağlı ayrıca reyd keçirməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, noyabrın 16-dan etibarən Azərbaycanda minik avtomobillərinin arxa yan şüşələrinə jalüzlərin vurulmasına icazə verilməyəcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti