Serj Sarkisyan Qarabağa gəldi

 Serj Sarkisyan Qarabağa gəldi
  05 Mart 2019    Oxunub:1983
Ermənistanın sabiq prezidenti, hazırkı baş nazir Nikol Paşinyanın 2018-ci ilin aprelində başlatdığı “məxməri inqilab” nəticəsində istefa verməyə məcbur olan Serj Sarkisyan Dağlıq Qarabağa gəlib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Serj Sarkisyan 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentindəki gülləbaran nəticəsində ölən keçmiş baş nazir Vazqen Sarkisyanın 60 illik yubileyi münasibətilə keçirilən anım tədbirində iştirak edib.

Serj Sarkisyan tədbir çərçivəsində Qarabağ separatçılarının lideri Bako Saakyanla da görüşüb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər:





Xəbər lenti