Burundi BMT-nin insan hüquqları ofisini bağladı
Baçelet vurğulayıb ki, Mərkəzi Afrika ölkəsinin hökuməti insan hüquqları sahəsində kifayət qədər inkişafa nail olduğunu və BMT-nin Burundidəki ofisinin mövcudluğu üçün artıq heç bir əsasın olmadığını bəyan edib. Təşkilatın ali komissarı rəsmi Qiteqanın bu qərarından dərin təəssüf hissi keçirdiklərini deyib. Baçeletə görə, Burundi prezidenti Pyer Nkurunzizanın konstitusiyaya zidd olaraq 3-cü dəfə seçkilərdə iştirak edəcəyini açıqladığı 2015-ci ildən etibarən bu ölkədə insan hüquqları təhlükə altındadır.
Qeyd edək ki, Nkurunziza növbəti seçkilərdə qələbəni təmin etsə də, əhalinin etirazları ilə üzləşmişdi. BMT-nin apardığı müstəqil təhqiqat nəticəsində hazırlanan hesabatda Burundi hökumətinin insanlıq əleyhinə cinayətlərdə ittiham edilməsindən sonra rəsmi Qiteqa 2016-cı ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Burundidəki ofisi ilə əməkdaşlığı tamamilə dayadırmışdı.
Leyla Elbrusqızı
Azvision.az