Donald Tusk: “Qarabağdakı status-kvo qəbuledilməzdir”

  Donald Tusk:   “Qarabağdakı status-kvo qəbuledilməzdir”
  05 Mart 2019    Oxunub:2308
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan sülh danışıqları ümid doğurur.

Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Qarabağdakı mövcud status-kvo qəbuledilməzdir: “Danışıqlar prosesi və münaqişə tərəflərinin təmasları ümid yaradır. Əminik ki, Dağlıq Qarabağ münaqişəsi zonasındakı mövcud status-kvonun saxlanılması uzun müddət davam edə bilməz. Beynəlxalq hüquqa uyğun siyasi həll variantının tapılması vacibdir” – Tusk vurğulayıb.

Qeyd edək ki, Paşinyan ötən gündən etibarən Brüsseldə səfərdədir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   DağlıqQarabağ   Avropaİttifaqı  





Xəbər lenti