Kim Çen In Rusiyaya gedəcək
“Səfərin dəqiq tarixi və yüksək səviyyəli görüşün məkanı barədə bir şey deyə bilmərəm. Diplomatik kanallar vasitəsilə daimi təmaslar davam etdirilir. 12 apreldə rusiyalı deputatlar Şimali Koreyanın paytaxtı Pxenyanda görüşlər keçirəcəklər. Dəqiq tarix də həmin ziyarətdən sonra elan edilə bilər” - Peskov vurğulayıb.
Xatırladaq ki, 27-28 fevral tarixlərində Vyetnamın paytaxtı Hanoyda keçirilən II ABŞ-Şimali Koreya sammiti vaxtından əvvəl və nəticəsiz başa çatıb. ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In təkbətək və geniş tərkibli görüşlərdən sonra sanksiyalar məsələsi barədə razılığa gəlinmədiyi üçün yekun sənəd imzalamaqdan imtina ediblər. Bununla belə, dialoqu davam etdirmək barədə razılıq əldə olunub. ABŞ dövlət katibi Maykl Pompeo isə bildirib ki, bir neçə həftədən sonra Pxenyanda danışıqların yeni raundu keçirilə bilər.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: ŞimaliKoreya Rusiya ABŞ