Ermənistanın valyuta ehtiyatı kəskin azalıb

 Ermənistanın valyuta ehtiyatı kəskin azalıb
  06 Mart 2019    Oxunub:1588
“Ermənistan Mərkəzi Bankının valyuta eytiyatları günbəgün sürətlə azalır. Vəziyyət bu cür davam edərsə, ölkənin xarici kreditorlardan asılılığı daha çox artacaq ki, bu da dövlət borcunu pik həddə çatdıracaq.”
Azvision.az xəbər verir ki, bunu Ermənistanın nüfuzlu “168 saat” qəzeti yazıb.

“Cəmi son bir ay ərzində valyuta ehtiyatlarımız 255 milyon dollar, yəni 11%-dən çox azalıb. Xatırlatma üçün deyək ki, Ermənistan Mərkəzi Bankının xaricdəki valyuta ehtiyatları 2018-ci ilin dekabrındakı 2 milyard 249 milyon dollarla müqayisədə bu ilin yanvarında 1 milyard 994 milyon dollar təşkil edib”, – qəzetin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, “Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan hökuməti 255 milyon dolları milli valyutamız olan dramın kursunun sabit saxlanılmasına sərf etdiklərini deyir. Lakin hətta Paşinyanın korrupsioner adlandırdığı əvvəlki hökumətlərin vaxtında belə, cəmi 1 ay ərzində Ermənistanın valyuta ehtiyatında bu qədər azalma müşahidə edilməyib”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti