Britaniya Aİ məhsullarına gömrük rüsumu tətbiq edəcək

 Britaniya Aİ məhsullarına gömrük rüsumu tətbiq edəcək
  06 Mart 2019    Oxunub:2563
London Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) heç bir saziş olmadan tərk edəcəyi təqdirdə İttifaq məhsullarına tətbiq edilməsi planlaşdırılan gömrük rüsumlarını müəyyənləşdirəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Britaniyanın ticarət naziri Liam Foks son zamanlar mediada Londonun Aİ-dan idxal edilən bir sıra məhsullara sıfır tarif qoyacağı ilə bağlı yazılan məlumatlara münasibət bildirərkən deyib.

“Əgər sazişsiz ssenari üzrə Avropa İttifaqını tərk etsək, Britaniya hökuməti doğru bildiyi tarifləri tətbiq edəcək. Yaxşı olardı ki, gələn həftə parlamentdə keçiriləcək mümkün səsvermədə sazişsiz çıxışa təşəbbüs etməzdən əvvəl, qanunvericilərimiz bu halda tətbiq olunacaq gömrük rüsumları barədə məlumatlı olsunlar. Amma bu, mənim verəcəyim qərar deyil”, - deyə Foks vurğulayıb.

Qeyd edək ki, hazırda Britaniya Aİ bazarına tarifsiz girişə malikdir. Lakin şirkətlər sazişsiz “Brexit” zamanı İttifaqdan alınan məhsullara tariflərin tətbiq olunub-olunmayacağı ilə bağlı ciddi narahatlıq keçirirlər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti