İran nüvə istehsalını dayandırdı

İran nüvə istehsalını dayandırdı
  15 Noyabr 2013    Oxunub:1244
İran nüvə proqramı üzrə fəaliyyətinə fasilə verib.

AzVision.az xəbər verir ki, bu barədə Atom üzrə Beynəlxalq Agentliyin İrana dair hazırladığı rüblük hesabatında deyilib : “Son üç ay ərzində İranın nüvə obyektlərinin heç birində iş sürətinin artırılması qeydə alınmayıb. Xüsusən də, Fordada yerləşən uranın zənginləşdirilməsi üzrə fəaliyyət göstərən obyektlərin heç birində yeni sentrifuqa quraşdırılmayıb. Natanzedə isə son üç ay ərzində cəmi 4 ədəd yeni sentrifuqa quraşdırılıb. Həmçinin, İran IR-2M uranının zənginləşdirilməsi üçün quraşdırılan sentrifuqanı hələ də istifadə etməyib”-deyə hesabatda qeyd olunur.

Ümumilikdə, son 3 ay ərzində Tehran atom sənayesi üzrə sürəti xeylı azaldıb. Noyabrın 11-i İranın atom üzrə baş mütəxəssisi Əli Əkbər Salehi Tehranla MAQATE arasında əməkdaşlıq barədə razılığa gəldiyini bəyan edib. Bu razılığa əsasən, İran MAQATE inspektorlarına Arakdakı ağır su istehsalı kombinatında və Qaçindəki uran mədənində yoxlamalar aparmağa icazə verib. Həmçinin tərəflər nüvə sahəsində əməkdaşlığı davam etdirəcəklərinə dair razılığa da gəliblər.

İran nümayəndələrinin sözlərinə görə, razılıq onların ölkəsi ilə Nüvə üzrə beynəlxalq Agentlik arasında münasibətlər üçün “yeni bünövrənin” əsasını qoymuş olacaq.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti